Rejimin Qumdakı İrşad İdarəsindən yeni irqçi yanaşma

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Qum şəhərinin İslami İrşad İdarəsi “xarici adların dəyişdirilməsi” adı ilə bu şəhərdə mağazaların türkcə olan adlarını fars sözləri ilə dəyişdirmək istəyir.

Türk dilinə qarşı qurulan bu yeni ssenari ilə bağlı art;q Qum İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi Musa Hüseyni Kaşani xəbərdarlıq edib:  “Əcnəbi söz və adların qadağan olunması ilə əlaqədar 1996-cı ildə qərar qəbul olunub, lakin ciddi şəkildə həyata keçirilməyib. 1999-cu ildə isə şəhərdəki meydanlar və ümumi məkanların adlandırılmasına nəzarət işi Şəhər Şurasına tapşırılıb. Qanundakı boşluqlara yenidən baxıldıqdan sonra yaxın zamanda ticarət obyektlərinin əcnəbi adları fars sözləri ilə dəyişdiriləcək, şəhərdə əcnəbi dillərdə olan bütün lövhələr yığışdırılacaq.”.

Musa Hüseyni Kaşani vurğulayıb ki, əcnəbi dildə yazılan lövhələrin yığışdırılması ilə bağlı İslami İrşad və Mədəniyyət İdarəsi məsuliyyət daşıyır. Buradan bildirmək istəyirəm ki, ilk növbədə mağaza sahiblərinə xəbərdarlıq ediləcək, növbəti mərhələdə adı əcnəbi dildə olan ticarət obyektləri möhürlənəcək.

O Bələdiyyə İdarəsinin yardımı ilə təklif olunacaq 6 üsulla 6 ay ərzində qeyr-fars dilində olan lövhələrin bütün şəhərdən yığışdırılacağına ümid etdiyini bildirib. Rejimin bu işi isə XXI əsrdə tayı-bərabəri olmayan irqçilik kimi dəyərləndirilir.

Həmçinin yoxlayın

Güney Azərbaycanda Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı vəkil və hüquqşünaslar tərəfindən Azərbaycan …

Ərdəbil kəndlərində bayram münasibətilə uşaqlara türk dilində kitablar paylanıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı  sənətçi və yazıçı Hüseyn Həsənnəjad anası …

Bir cavab yazın