Cümə , Aprel 17 2026
azfa

Rejimin şərliyib həbsə məhkum etdiyi azərbaycanlı fəal zindana salındı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,irqçi fars-molla rejiminin şərləyərək həbsə məhkum etdiyi azərbaycanlı fəal Yunis Quluzadəni zindana saldı. Fəal koronavirusun zindanlarda tüğyan etməsinə baxmayaraq 91 günlük həbs cəzasını çəkmək üçün rejimin Təbrizdə yerləşən zindanına salınıb.

Qeyd edək ki, rejimin Təbrizdə yerləşən İnqilab məhkəməsi Yunis Quluzadəni şərləyərək “Sistem əleyhinə təbliğ”də günahlandırıb və 6 ay həbsə məhkum etmişdi.

Fəala qarşı 6 aylıq ədalətsiz məhkəmə hökmü isə Apelyasiya məhkəməsində 91 günə endirilmişdir.

Azərbaycanlı fəalların pandemiya dövründə zindana salınması isə xüsusi olaraq onların həyatını təhlükəyə atmaq deməkdir.  

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Səğər Qulamidən heç bir məlumat verilmir

GADTB: Səğər Qulami adlı 19 yaşlı Türkmən əsilli gənc xanım bir neçə ay əvvəl keçirilən …

İranın neft ixracının dayanmasına iki aya qədər davam gətirə biləcəyi deyilir

GADTB: “Reuters”in yaydığı məlumata görə, ABŞ-ın İran limanlarına gedib-gələn daşımaları məhdudlaşdırması nəticəsində ixrac dayansa belə, …

Bir cavab yazın