
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təhlükəsizlik qüvvələri Təbrizdə səyyar satıcıların bir çoxunu dindirərək, onları hədələyib.
Bunda məqsəd isə keçən iyun ayının son günlərindən baş verən səyyar satıcıların etirazlarının genişlənməsinin qarşısını almaqdır. Bu istiqamətdə satıcılar ETTELAAT idarəsinə çağırıb və hədələniblər.
Qeyd edək ki, Təbrizin tarixi bazarının ətrafında səyyar satıcıların alış-verişinə qadağa qoyulandan sonra satıcılar Təbriz meri binasının qarşısında neçə dəfə etiraz aksiyası keçiriblər. Həmin etirazlarda polis və bələdiyyə məmurları ilə səyyar satıcılar arasında qarşıdurma olub. Polis qüvvələri çox sayda etiraz edən satıcını döyüb, bir sırasını isə yaxalamışdı.