Cümə axşamı , İyul 10 2025
azfa

Rejimin Tikantəpəyə təyin etdiyi kürd bələdiyyə başçısı şəhərin tarixi abidələrini dağıdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tikantəpə (Tikab) şəhərinə irqçi fars rejimin Kürdüstandan gətirib bələdiyyə başçısı təyin etdiyi Naseh Məhəmmədxani şəhərin tarixi bazarının bir hissəsi olan Böyük Qaraj karvansarayını dağıdıb.

Divandərədən Tikantəpədə vəzifəyə gətirilən və yerli əhali olan azırbaycanlılarda düşmənçilik edən Naseh Məhəmmədxani beləliklə Azərbaycan türk millətinin maddi mədəniyyət abidələrini dağıdıb məhv edir.

Artıq kürd bələdiyyə başçısının göstərişi ilə Tikantəpənin tarixi üstüaçıq bazarının böyük bir hissəsi dağıdılıb. Həmin ən böyük üstüaçıq bazar Qacarlarlardan əvvəl Afşar xanlarının təşəbbüsü ilə təbrizli memarlar tərəfindən tikilib.

 Böyük Qaraj Tikantəpə bazarının ən qədim hissəsi və bölgənin ən qədim karvansarayı hesab edilir. Karvansaray sonradan Qaraja çevrilmişdir.

Qeyd edək ki, Naseh Məhəmmədxani kürd terrorçu quruplaşmalarına yaxınlığı ilə tanınır. O, hətta Tikantəpədə terrorçu PKK və PJAK-ın simvolunu bu Azərbaycan şəhərində quraşdırmışdır. Eyni zamanda həmin kürd Güney Azərbaycanda çox böyük korrupsiya işi ilə bağlı həbsə məhkum edilmişdir. Lakin hələ də öz vəzifəsində saxlanılır.

Həmçinin yoxlayın

Britaniya Türkiyəyə “Tayfun” qırıcıları rəsmən təklif etdi

GADTB: Britaniya Türkiyəyə 40 ədəd “Tayfun” (Eurofighter Typhoon) çoxməqsədli döyüş qırıcılarını satmağı rəsmi olaraq təklif …

Azərbaycandan İran səfirinə Xankəndi Zirvə görüşü ilə bağlı cavab

GADTB: İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində …

Bir cavab yazın