GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, bu gün Təbrizdə işğalçı fars rejimin törətdiyi maneələrə baxmayaraq Mühəndis Qulamrza Əmaninin vəfatının 10-cu ildönümü mərasimi keçirildi. Mərasimdə iştirak edən azərbaycanlı fəallar Azərbaycanın milli marşını oxuyublar.
Mərasimin keçirildiyi Təbrizin Maralan qəbristanlığı rejimin polis və təhlükəsizlik qüvvələri təörəfindən mühasirəyə alınmışdır.
Rejimin mülki geyimli qüvvələri mərasimdən çəkiliş ediblər. Bir neçə nəfər yaxalanaraq sorğu-suala tutulub.
Mərasimə qatılan azərbaycanlı fəallara rejimin məmurları tərəfindən şəkil çəkmək və çəkiliş etməyə icazə verilməyib.
Rejimin təhlükəsizlik qüvəələri sonradan mərasimdə iştirak edənləri yaxalaya bilmələri üçün park etmiş avtomobillərə kod qoyublar.