Cümə , Sentyabr 25 2026
azfa

Rejimin Xəzər dənizindən farslar yaşayan səhralara su çəkməsinə əhali etiraz edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqmi fars reejimin Xəzər dənizinin suyunun şimaldan Semnan vilayətinə çəkilməsinə bir qrup Ətraf Mühit Fəalı Mazandaran vilayətinin Gəluqah məntəqəsində etiraz ediblər

Türkmənsəhra və Mazandaran vilayətlərinin bir qrup sakini Xəzər dənizinin suyunun çöllərə nəqlinə qarşı çıxaraq oktyabrın 25-də Mazandaranın Gəluqah məntəqəsində insan zənciri təşkil edib.

Etirazçılar əllərində “Xəzərin suyunun nəqlinə yox”, “Şimalın su qaynaqlarının nəqlinə yox”, “Qorqan körfəzi qurumaq üzrədir; onun dadına yetişin” şüarları yazılmış plakatlar tutaraq rejimə etirazlarını bildiriblər.

Qeyd edək ki, irqçi fars rejim Xəzərin suyunu fars bölgələrə çəkməklə Xəzəri də Urmiya gölü kimi qurutmaq istəyir. Bu isə haqlı olaraq xəzər sahili əhalinin etirazına səbəb olub.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın