Çərşənbə , Oktyabr 21 2026
azfa

Rejimin yaxaladığı fəallardan 6 nəfəri Təbrizdə zindana köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 24-də Təbrizdə etirazlar zamanı yaxalanan daha 6 azərbaycanlı milli-mədəni fəal avqustun 11-i gecə saatlarında rejimin təcridxanasından Təbrizdə zindana köçürülüb.

Bu barədə azərbaycanlı fəallar ailələri ilə qısa telefon əlaqəsində məlumat veriblər.

Nadir Sadiqian, Yusif Sələhşur, Məhəmməd Mərdi, Vəhid Əbhəri, Şahin Bərzgər və Əmir Səttari iyulun 24-də ətraf mühit və məişət problemləri ilə bağlı Təbrizdə keçirilən etirazlarla bağlı yaxalanmışdı.

Avqustun 9-da isə Rza Şəhrivər və Məhəmməd Kazimi ETTELAAT İdarəsinin təcridxanasından Təbriz zindanının karantin bölməsinə köçürülüb.

Qeyd edək ki, iyulun 24-ə Təbrizdə keçirilən etirazlarda çox sayda azərbaycanlı milli-mədəni fəal yaxalanmışdı.

Həmçinin yoxlayın

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …

İraq da İranla sərhədləri bağlayır

GADTB: İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrini bağlamağa başlayıb. Artıq Əş-Şeyb sərhəd-keçid məntəqəsi bu gündən …