Cümə axşamı , Oktyabr 22 2026
azfa

Rejimin yenidən şərləyib həbsə saldığı Siyamək Mirzayi aclıq aksiyasına başldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin yenidən şərləyib həbsə saldığı azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi Tehranın Evin zindanında aclıq aksiyasına başldı.

Azərbaycanlı fəal yenidən şərlənməsi, eləcə də müvəqqəti zaminə buraxılması üçün vəsiqənin ailəsi tərəfindən təmin edilməsinə baxmayaraq sərbəst buraxılmamasına etiraz olaraq Evin zindanındakı 209-cu bölməyə köçürüldükdən sonra dünən iyulun 1-də aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, irqçi fars rejim yenidən şərlədiyi azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayinin girov qarşılığında müvəqqəti zaminə buraxılmasına icazə verməmişdi.

Azərbaycanlı fəalın ailə üzvləri dünən 2019-cu il iyunun 30-da 30 milyon tümənlik mülki vəsiqəni təqdim etmək üçün Evin zindanının Müqəddəs Məhkəməsinin 6-cı şöbəsinə müraciət etmişdilər. Lakin fəalın ailəsi rejimin məmurlarının kobud cavabı ilə qarşılaşımışlar. Məmurlar demişdilər: “Gedin, hər zaman sizə zəng edilsə, onda gələrsiniz. Siyamək hələlik azadlığa buraxılmayacaq”.

Siyamək Mirzayi 3 illik həbs müddətinin sona çatması ilə yenidən həbsdə saxlanılması məqsədilə rejim tərəfindən yenidən şərlənərək 2019-cu il iyunun 26-da “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edilib. Bundan sonra onun müvəqqəti zaminə buraxılması üçün 30 milyon tümənlik mülki vəsiqə qərarı təyin olunub.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın