Cümə axşamı , Oktyabr 22 2026
azfa

Reyqanın məsləhətçisi: “Ermənilər türklərdən üzr istəməli olacaqlar”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir çox hərbi mütəxəssis, tarixçi və siyasətçi qondarma erməni soyqırımı iddiaları haqda danışarkən, əsl qurbanların türklər olduğunu bildirirlər.

Onlardan biri ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın məsləhətçisi Bryus Feyndir.

Feyn “Caucasus Online” saytına müsahibəsində Ağ Evin 1915-ci ildə Osmanlı dövründə baş verənlərlə bağlı araşdırma apardığını söyləyib:

“Reyqanın göstərişi ilə Avropada və Osmanlı arxivlərində araşdırma apardıq. Araşdırmada “erməni soyqırımı” iddialarının əsassız olduğu üzə çıxdı. 1.5-2 milyon erməninin öldürüldüyü iddiaları erməni tarixçiləri tərəfindən uydurulub”.

Erməni qeydlərinə görə, deportasiya olunan ermənilərin sayının 700 min civarında olduğunu və Osmanlı torpaqlarında qalanların sayının 280 min olduğunu bildirən Feyn öldürülən ermənilərin sayının təxminən 280 min olduğunu qeyd edib.

O hesab edir ki, 1915-ci ildə ermənilər daha çox türk öldürüb: “Erməni dəstələri Anadoluda 2.4 milyon insanı qırıblar”.

Osmanlı İmperiyasındakı bütün etnik və dini azlıqların türklərlə bərabər hüquqlara sahib olduğunu bildirən Feyn vurğulayıb: “Yunanlar, kürdlər, çərkəzlər, ərəblər və ermənilər Osmanlı İmperiyasında yüksək mövqelərdə xidmət ediblər. Birinci Dünya Müharibəsi zamanı ermənilər vətənlərinə xəyanət etdilər və Osmanlının düşmənlərinə qoşuldular. Ermənilər Qafqaz cəbhəsində ruslarla birlikdə Osmanlıya qarşı döyüşdülər. Türk və gürcü kəndlərini qarət etdilər, insanları qətlə yetirdilər.

Araşdırmalarımız zamanı türklər arxivlərini açdılar, amma erməni tərəfi arxivlərini göstərməkdən imtina etdi. Düşünürəm ki, bu arxivlər açılsa, bütün həqiqətlər aşkarlanacaq. Bu zaman ermənilər bütün dünyadan, xüsusən də türklərdən üzr istəməli olacaqlar”.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …