Şənbə , Noyabr 15 2025
azfa

Robert Mali: İran raket proqramından qonşu ölkələri təhdid etmək üçün istifadə edir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Amerikanın İran üzrə xüsusi nümayəndəsi Robert Mali, hansı ki Vyanada baş tutan İranla digər anlaşma ölkələri arasındakı nüvə danışıqlarına dolayı yolla qatılan Amerika nümayəndə heyətinə başçılıq edir, dekabrın 27-də “The New Yorker” jurnalına açıqlamasında rəsmi Tehranın raket proqramları və bölgədə yaratdığı təhdidlər haqqında açıqlama verib.

Mali İranın bölgədə dağıdıcı fəaliyyətlərlə məşğul olduğunu vurğulayaraq deyib ki, bu ölkənin regionda fəaliyyətləri qonşu ölkələrə qarşı düşmənçilik və zorakılıq üstündə qurulub.

O, daha sonra bildirib: “Tehranın bölgədə apardığı təxribat fəaliyyətləri bir daha sübut edir ki, bu ölkə həyata keçirdiyi ballistik raket proqramından öz qonşu ölkələrini təhdid altında saxlamaq üçün istifadə edir”.

“Bütün bunları nəzərə alaraq, Amerika Birləşmiş Ştatlarının İranın bölgədə proksi və yaraqlı qüvvələrə verdiyi silah-sursatın miqdarı və onları hər cür dəstəkləməsi ilə bağlı ciddi narahatlıqları var. Düşünürük ki, iranlılar bölgədə yanlış hesablamalar aparmaqla odla oynayırlar”, -deyə Robert Mali əlavə edib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Kuzey Kıprıs Türk Cumhuriyyətinin Cumhuriyyət bayramı tədbirində-Video

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) …

Azərbaycan Rusiyaya nota verdi

GADTB: Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə …