Ruhaninin azərbaycanlılara verdiyi vədələr yalan çıxdı: Urmiya gölünə büdcə ayrılmır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin prezidenti Həsən Ruhaninin Azərbaycan türk millətinə verdiyi bütün vədələrin hamısı yalan çıxıb. Onun vədələrindən biri də qurutduqları Urmiya gölünü bərpası idi. Lakin gölün qurtarılmasına müxtəlif bəhanələrlə büdcə ayrılmır.

Urmiya Gölünün Bərpası Qərargahının vilayət üzrə məsulu Fərhad Sərxoş dolayı yolla bu məsələyə toxunaraq deyib ki, Urmiya gölünə bərpasına lazımi büdcə ayrılmır. İndiyədək ölkədə böhranın idarə edilməsi üzrə 10 və 12-ci maddələr əsasında həyata keçirilməli olan layihələrin əksərinə büdcə ayrılmayıb.

Sərxoş Kanisib su bəndindən də gölə suyun çəkilməsi layihəsinə 400 milyard tümən büdcə nəzərdə tutulduğunu, lakin büdcənin ayrılmadığını bildirib.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …

Bir cavab yazın