Cümə axşamı , May 15 2025
azfa

Rus ordusu Xersonda mövqelərini qoyub qaçır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, artıq bir neçə gündür ki, Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində əks-hücum əməliyyatını davam etdirir.

Əməliyyatlar nəticəsində Xerson vilayətindən bir sıra ərazilər azad edilib. Bununla bağlı Ukrayna Teleqram kanallarında videogörüntü də yayılıb. Görüntülərdən rusların öz səngərlərini tərk etdikləri, artilleriya vasitələrinin isə sıradan çıxdığı aydın olur.

Bu arada isə Ukrayna müharibənin 190-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 48 350 hərbçi, 1 997 ədəd tank, 4 345 ədəd zirehli döyüş maşını, 1 115 ədəd artilleriya sistemi, 287 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 153 hava hücumundan müdafiə sistemi, 234 ədəd hərbi təyyarə, 205 ədəd helikopter, 3 239 ədəd avtomobil texnikası, 851 ədəd PUA, 196 qanadlı raket, 15 gəmi/qayıq, 104 xüsusi avadanlıq itirib.

Həmçinin yoxlayın

ABŞ konqresmənləri Trampı İrandakı uran zənginləşdirməsini ləğv etməyə çağırıb

GADTB: ABŞ Konqresindəki 200-dən çox Respublikaçı nümayəndə və senator Donald Trampı İrana qarşı sərt mövqeyinə …

Azərbaycanlı siyasi məhbus aclıq aksiyasını dayandırıb

GADTB: Aprelin 11-də Urmiya şəhərinin həbsxanasında aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbus Hamid Qaraoğlani aclıq …