GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Hərbi Hava Qüvvələri özəl mərasimlə iki “Sukhoi” (“Su-35”) qırıcısını qəbul edib.
Bu barədə Almaniyanın “Flog Review” jurnalı məlumat yayıb.
Məlumata görə, döyüş təyyarələrinin hissələri ayrılaraq, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Tehranın Mehrabad hava limanına aparılıb və oradan Həmədan şəhəri yaxınlığındakı bazaya daşınıb.
Tehran İsfahandakı “F-14” təyyarələrini əvəz etmək üçün yalnız “Sukhoi”dan istifadə etmək niyyətindədir. İran terrorçu rejiminin inventarında “Su-35” sifarişi artıq 25-dən 50-yə yüksəlib.