Cümə axşamı , Oktyabr 22 2026
azfa

Rusiya İranın yetişdirdiyi Hizbullah terror təşkilatını Ukrayna ilə müharibəyə apardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Ukraynadakı müharibəyə Bəşər Əsədin terrorçuları ilə yanaşı və Livanın İran tərəfindən yetişdirilən “Hizbullah” terror qruplaşmasının muzdlularını cəlb edir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin komandanlığı şəxsi heyətin itkilərinin əcnəbilər hesabına ödənilməsi üçün tədbirlər görməyə davam edir.

“Yeni məlumata görə, Rusiya işğalçıları artıq Bəşər Əsəd terrorçuları və “Hizbullah” terror təşkilatının terrorçularından ibarət 1000-ə yaxın muzdlu toplayıb. Xarici döyüşçülər üçün əsas tələb şəhərdə döyüş təcrübəsidir. Eyni zamanda, mövcud məlumata görə, sözügedən terrorçular Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etmək deyil, ezamiyyətlərindən Avropa ölkələrinə getmək fürsəti kimi istifadə etmək məqsədi güdürlər”, – məlumatda deyilir.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …