Çərşənbə axşamı , Noyabr 26 2024
azfa

Rusiya Krım türklərini “Çin üsulu” ilə məhv edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Krım tatarlarına qarşı sistemli şəkildə təzyiqi artıran Rusiya buranı “qorxu yarımadası”na çevirir.

Bu yolda Rusiyanın Çinin Şərqi Türküstandakı təcrübəsindən yararlanacağı bildirilir. Bunun üçün Rusiya tərəfi Krımda Hizbut Təhrir təşkilatı tərəfdarları üçün reabilitasiya mərkəzləri açmağı planlaşdırır.

Rusiya Dumasının deputatı Ruslan Balbek bildirib ki, sözügedən mərkəz Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətində, Əmirəli Ablayevin rəhbərliyi altında Krım və Sevastopol Müsəlmanları Dini İdarəsinin nəzdində açılacaq.

Qeyd edək ki, Çin hökuməti sözügedən üsulla uyğur türklərinə qarşı təzyiq göstərir. Onları daim nəzarət altında saxlayır.

 

Həmçinin yoxlayın

Qərbi azərbaycanlıların yurdlarına qayıdışı Azərbaycan dövlətinin, Ordusunun daha da güclənməsinə bağlıdır

GASDTB: Bu gün artıq heç kəs şübhə etmir ki, tarixi ədalət mütləq öz yerini tapacaq …

Azərbaycanlı blogger cütlüyə qarşı İran hökumətinin təzyiqləri artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanlnmış azərbaycanlı blogger Rza Purcəfər və nişanlısı Sima …

Bir cavab yazın