Çərşənbə , Sentyabr 23 2026
azfa

Rusiya Müdafiə Nazirliyi Qarabağ və Fərruxla bağlı təxribat törətdi

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Müdafiə Nazirliyi bildirib: “İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir”.

Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağ zonasındakı sülhməramlı kontingentinin fəaliyyəti haqqında 12 aprel 2022-ci il tarixinə məlumat bülletenində bildirilib.

“Azərbaycan Respublikası silahlı qüvvələrinin bölmələri tərəfindən son sutka ərzində Fərrux (Rusiya MN kəndin adını “FURUX” şəklində qeyd edib – red.) qəsəbəsi ərazisində atəşkəs rejiminin 1 dəfə pozulması faktı qeydə alınıb. Nəticədə Qarabağdakı qondarma rejimin hərbi ünsürlərinin (Rusiya MN onları Dağlıq Qarabağ silahlı birləşmələri kimi qeyd edib – red.) bir hərbçisi yaralanıb. Sülhməramlı kontingentin komandanlığı hər iki tərəfin nümayəndələri ilə birgə insidenti aradan qaldırıb”, – bülletendə qeyd olunub.

Qeyd edək ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağ zonasındakı sülhməramlı kontingentinin fəaliyyəti haqqında məlumat bülletenlərində daha əvvəl də təxribat xarakterli fikirlər səsləndirilib. Belə ki, əvvəlki bülletenlərdə Fərrux kəndinin sülhməramlıların nəzarətində olması bildirilib. Lakin Azərbaycan Müdafiə nazirliyi açıqlama yayaraq bu bəyanatı təkzib edib. Bununla yanaşı Rusiya MN-in məlumat bülletenlərində dəfələrlə “Dağlıq Qarabağ” ifadəsi işlədilib.

Həmçinin yoxlayın

ABŞ İranın blokadanın ləğvi tələbini rədd edib

GADTB: “Əl-Ərəbiyyə” kanalı iki ölkənin nümayəndə heyətlərinin Nyu-Yorkda keçirilən görüşündə iştirak edən amerikalı mənbəyə istinadla …

SEPAH müşavirləri Qırmızı dəniz sahillərinin ələ keçirilməsi zamanı husilərin yanında olublar

GADTB: Associated Press çərşənbə günü, 1 Mehr 1405-ci ildə (23 sentyabr 2026) məlumatlı mənbələrə istinadən …