Bazar , Noyabr 15 2026
azfa

Rusiya qoşunları Qazaxıstandan çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi qüvvələri tərkibində olan Rusiya hərbçiləri bu gün Qazaxıstandan çıxıb.

Rusiya qoşunları Qazaxıstanı təyyarələrlə tərk edib.

“Qazaxıstandakı Rusiya qoşununun bölmələri hərbi texnikanı İl-76 və An-124 hərbi təyyarələrinə yükləyib və Almatıdan uçublar.

On beş İl-76 və üç An-124 təyyarəsi İvanovo və Moskva vilayətlərindəki aerodromlara desant bölmələrinin şəxsi heyətini və texnikasını çatdıracaq. Daha sonra sülhməramlılar daimi dislokasiya məntəqələrinə qayıdacaqlar”,-deyə xəbərdə bildirilir.

Qazaxstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə maye qazın qiymətinin iki dəfə artırılmasına etirazlar fonunda iğtişaşlar başlayandan sonra yardım üçün KTMT-yə müraciət etmişdi.

Yanvarın 13-də KTMT missiyasının Qazaxıstanda başa çatması elan edildi. Dünən Ermənistan və Tacikistan sülhməramlıları vətənlərinə qayıdıblar.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …