Cümə , Sentyabr 25 2026
azfa

Rusiya türk yurdu Krımda insan hüquqlarını pozmaqda günahlandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İnsan Hüquqları Məhkəməsi (AHİM) Ukraynanın “Rusiyanın Krımdakı insan hüquqları pozuntuları” ilə bağlı verdiyi müraciətlərin böyük hissəsini tədqiq etməyi qəbul edib.

Avropa İnsan Hüquqları Məhkəməsi mövzu ilə bağlı bəyanatında bildirilib ki, Ukraynanın Krımdakı 27 fevral 2014 – 26 avqust 2015-ci il tarixləri arasındakı insan hüquqları pozuntuları ilə əlaqədar Rusiyaya yönəldilmiş müraciətləri barədəki qərar tədqiqatlar nəticəsində elan ediləcək.

Rusiyanın Ukraynanın razılığı olmadan 2014-cü ilin yanvar-mart aylarında Krımdakı hərbi mövcudluğunu ikiqat artırdığı ifadə edilən bəyanatda Avropa İnsan Hüquqları Məhkəməsinin Rusiyanın 27 fevral-18 mart 2014-cü il tarixlərində Krım üzərində nəzarəti həyata keçirdiyi barədə kifayət qədər məlumata sahib olduğu bildirilib.

Bəyanatda Rusiyanın Krımdakı hərbi mövcudluğunu artırmasına haqq qazandıracaq bir şey ortaya qoymadığı da ifadə edilib.

Bəyanatda o da vurğulanıb ki, Ukrayna hökuməti tərəfindən hadisə ilə bağlı verilən məlumatlar “dəqiq və uyğun”dur.  Avropa İnsan Hüquqları Konvensiyası yaşamaq haqqı, işgəncənin qadağan edilməsi, azadlıq və təhlükəsizlik hüququ, ədalətli mühakimə etmə hüququ, şəxsi və ailə həyatına hörmət, düşüncə, vicdan, din, İfadə, toplaşma və təhsil hüququ, sərbəst hərəkət azadlığı və ayrı-seçkiliyin qadağan edilməsi ilə bağlı maddələrin pozulması ilə əlaqədar Rusiya tərəfindən edilən müraciətlər qəbul edilmişdir.

Bəyanatda Rusiyanın Krımdakı qətl hadisələri törətdiyi və xarici jurnalistlərin 2014-cü ilin mart ayında qısa müddətə həbsdə qalması ilə bağlı edilən şikayətlərin rədd edildiyi və Ukrayna hökumətinin bu mövzuda dəlil təqdim etmədiyi vurğulanıb.

Qeyd edək ki, Rusiya 2014-cü ilin mart ayında tatar türklərinin Krım Muxtar Respublikasını və Sevastopol şəhərini qanunsuz olaraq ilhaq edib.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …