Çərşənbə axşamı , Mart 10 2026
azfa

Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın Xəzər donanmasında qəfil döyüş hazırlığı yoxlanılmalarına başlanılıb.

Bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumata görə, yoxlamalar zamanı dəniz, sahil və hava hədəflərinə raket və artilleriya atışları həyata keçirilib.

Ümumilikdə yoxlamalarda 35 hərbi gəminin iştirakı nəzərdə tutulub. Təlimdə iştirak edəcək gəmilər sırasında “Tatarıstan” raket gəmisi, “Həştərxan”, “Qrad Sviyajsk”, “Uqliç”, “Volqodonsk”, “Mahaçqala” kiçik raket və artilleriya gəmiləri yer alıb.

Qeyd edək ki, Rusiya dünəndən etibarən Mərkəz və Cənub hərbi dairələrində də qəfil döyüş hazırlığı yoxlamalarına başladığını bəyan edib.

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …

Bir cavab yazın