Bazar , Yanvar 26 2025
azfa

Rusiyanın Azərbaycanın sərnişin təyyarəsini “Pantsir”lə vurduğu təsdiqləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın Azərbaycanın sərnişin təyyarəsini “Pantsir”lə vurduğu təsdiqlənib.

AZAL-a məxsus təyyarənin dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pantsir S-1” HHM sistemi ilə vurulduğunu təsdiq edib. Bu barədə “Caliber” öz mənbələrinə istinadən yazıb.

Qeyd olunub ki, həmin sistem Rusiyaya Suriyadan gətirilib.

“Məlum olub ki, istintaq Azərbaycan təyyarəsinə qarşı radio-elektron mübarizə vasitəsinin tətbiq edildiyini təsdiq edib”, – məlumatda deyilir.

Xəbərdə deyilir ki, Rusiya tərəfi həm təyyarəyə atəş açanların, həm də atəş əmri verənlərin şəxsiyyətini müəyyən edib.

Xatırladaq ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında “Pantsir”in hücumuna məruz qalıb və ciddi zədələnib. Enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət alan təyyarə Aktau yaxınlığında zədələnməsi səbəbindən qəzaya uğrayıb. Təyyarədə olan 67 sərnişindən 38-i ölüb, 29 nəfər sağ qalıb.

Həmçinin yoxlayın

Azərbaycana Fransanın antiazərbaycan iddialarını qətiyyətlə rədd edib və pisləyir

GADTB: Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın XİN başçısı Jan-Noel Barroya cavab …

Amerikalı konqresmen: “Əsəd rejimi kimi İran hökuməti də tezliklə süqut edəcək”

GADTB: ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Co Vilson “X” hesabında paylaşım edərək yazıb ki, …