GADTB: Rusiya Federasiyası parçalanmalıdır, lakin onun necə dağılacağına dair vahid təsəvvür yoxdur. Bunu ukraynalı tarixçi Aleksandr Alferov deyib.
“İndi belə bir anlayış var ki, Rusiya Federasiyası üç böyük zonadan – Avropa, Sibir və Uzaq Şərqdən ibarət olacaq. Bunlar ayrıca logistika və iqtisadi zonalardır. Ukraynaya lazımdır ki, təcavüzkar ölkə onun xarici fəaliyyətini donduracaq vətəndaş müharibəsi ilə xaosa girsin. Onlar (ruslar – red.) bura (Ukraynaya – red.) çoxlu şüarlarla gəlmişdilər, onlardan biri də “babalar döyüşüb” idi. Aradan 5-10 il keçəcək, oğulları bura gəlib deyəcəklər: “Atalar döyüşüb”. Bu da qan davasıdır”, – o bildirib.