Cümə , Oktyabr 2 2026
azfa

Yürüş Mehrəlibəyli 90 gündür qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, tanınmış azərbaycanlı fəal Yürüş Mehrəlibəylinin molla rejimi tərəfindən həbs olunduğundan 90 gün keçir.

Molla rejimi azərbaycanlı fəalı 90 gündür tək adamlıq kamerada ən ağır işgəncələr və əsassız sorğu-suallar altında həbs edir.

Azərbaycan Milli Hərəkatının həmin tanınmış fəalının fiziki sağlamlığı ilə bağlı xəbərlərin olmaması onun ailəsini, dostlarını, milli və hüquq müdafiəçilərini çox narahat edib.

Yürüş hələ də ailəsi ilə əlaqə saxlamaq və görüşmək imkanından məhrumdur və bu da onun yaxınlarının narahatlığını artırıb. Bu yaxınlarda onun həbs qərarı daha bir ay uzadılıb.

Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanda çox sayda azərbaycanlı fəalı həbs edib. Onların bir sırası müvəqqəti azadlığa çıxsa da çoxu hələ də həbsdə saxlanılır.

Həmçinin yoxlayın

İran hər həftə Hörmüz boğazında gəmilərə onlarla PUA və raket atır

GADTB: “Nyu-York Tayms” qəzeti Qərb təhlükəsizlik rəsmisinin qəzetə təqdim etdiyi bildirilən məxfi məlumatlara əsasən yazıb …

BMT-nin İran rejiminin nüvə proqramına qarşı sanksiyaları bütün ölkələr üçün məcburidir

GADTB: Böyük Britaniyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Sara Makintaş vurğulayıb ki, İran İslam Respublikasının …