GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İşğalçı və diktatorların himayədarı Rusiyaya hələ yenə sanksiyalar tətbiq olunacaq. Bunu jurnalistlərə açıqlamasında ABŞ Maliyyə naziri Stiven Mnuçin söyləyib.
Stiven Mnuçinin sözlərinə görə, Vaşinqton artıq bunun üzərində iş aparır:
“Biz bir müddət əvvəl yayımlanmış hesabat və kəşfiyyat məlumatlarından istifadə edərək, əlavə sanksiyaların tətbiqi istiqamətində işləyəcəyik. Bu, yaxın zamanlarda gerçəkləşəcək”.
Qeyd edək ki, ABŞ dünən “Kreml hesabatı”nı yayıb. Siyahıya ümumilikdə 210 nəfər məmur, oliqarx və siyasətçinin adı daxil edilib.