Cümə axşamı , İyul 25 2024
azfa

Ruslar erməniləri xəbərdar etdi; ermənilər sərhədə çəkilməsə Azərbaycan yeni əməliyyata başlayacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan ordusu işğal dövründə Ermənistanın Zəngilan-Qubadlı istiqamətində qanunsuz irəli çəkdiyi dövlət sərhədini bərpa etmək istiqamətində addımlar atır.

Yeni antiterror əməliyyatı Zəngilan-Qubadlı istiqamətində ola bilər.

Erməni teleqram kanallarında yayılan informasiya bunu deməyə əsas verir.

“Qafandakı (söhbət işğal dövründə qanunsuz olaraq Ermənistana birləşdirilən kəndlərdəki erməni terrorçularından gedir) erməni hərbi birləşmələri Rusiya sülhməramlılarının nümayəndələri ilə danışıqlar aparıb. Ermənilərdən beynəlxalq səviyyədə tanınmış sərhəd xəttinə uyğun olaraq, Zəngilan və Qubadlı ərazisinə daxil olan hazırki mövqelərindən bir neçə kilometr qərbə – Ermənistanın içərilərinə doğru geri çəkilmək istənilib. Rusiya sülhməramlıları ermənilərə xəbərdarlıq edib ki, çəkilməsələr, bir neçə gün ərzində azərbaycanlılar hücum edəcək, belə olanda ruslar buna qarışmayacaqlar. Həmçinin o da bildirilib ki, ermənilər bu ərazilərdə qalıb müdafiə olunmaq istəyirlərsə, onlara heç nə deyə bilməzlər”, – məlumatda bildirilir.

Nikol Paşinyanın “Zəngilan-Qubadlı məsələsini soyuq başla həll etmək lazımdır” açıqlamasına baxmayaraq, ermənilərin Nikolayın dövründə qalma hərbi texnika ilə “biz Süniki (Zəngəzur) müdafiə edəcəyik” pozaları onların geri çəkilmək niyyətində olmadığını göstərir.

Bu o deməkdir ki, növbəti antiterror əməliyyatı Zəngilan-Qubadlı istiqamətində olacaq.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal …

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 …

Bir cavab yazın