Bazar ertəsi , Aprel 22 2024
azfa

Səid Mətinpur: “Hüquqlarımızın tələb etməkdə özümüz öndə olmalıyıq”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərindən olan tanınmış azərbaycanlı milli fəal, jurnalist və keçmiş siyasi məhbus Səid Mətinpur bir qrup azərbaycanlı fəallar birlikdə Abbas Lisani ilə görüşüb.

Azərbaycanlı fəal milli hüquqların tələbi ilə bağlı düşüncələrini paylaşaraq, İranda azərbaycanlılarının hüquqlarının pozulmasından danışarkən, azərbaycanlıların hüquqlarının hətta demokratiya tərəfdarı olduqlarını iddia edən qruplar tərəfindən də gözardı edildiyini bildirib.

Səid Mətinpur deyib: “Biz İranda demokratiyanın qurulmasını istəyənlərin tərəfindən milli hüquqlarımızın tanınmasını istəyirik. Onlar hüquqlarımızın demokratiyanın qurulmasından sonra tanıyacaqlarını iddia edirlər.

Bu necə olacaq, necə edəcəklər? Öz hüquqlarımızın əldə edilməsi üçün özümüz öncül olmalı və addımlar atmalıyıq”.

Mətinpur İranda Azərbaycan milli məsələsinin yeni dönəmdə 32 illik tarixə malik olduğunu və bu hərəkatın istəklərinin tamamilə aydın və sistemli olmasını deyib.

Mətinpur həmçinin deyib: “Biz istəklərimizi mədəni və dinc yollarla bildirməyə çalışmışıq. Mitinq, aksiya, piket, mədəni tədbirlər, sosial şəbəkə və s. vasitələrlə fəaliyyətlərimizi davam etdirmişik. Hazırda bu məsələ kəndlərdə də yayılıb”.

Qeyd edək ki, Səid Mətinpur 2007-ci ilin iyununda İranda azərbaycanlıların milli hüquqları ilə bağlı Türkiyədə keçirilən seminara qatıldığı üçün tutulub və 2008-ci il iyunun 10-da Tehran İnqilab Məhkəməsi onu 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Həmçinin yoxlayın

Molla rejimi yenidən Azərbaycana qarşı nifrət və qarayaxma kampaniyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi yenidən Azərbaycana qarşı nifrət və …

Azərbaycanlı fəal Səid Minayinin istintaq iclası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Evin Prokurorluğunun 5-ci istintaq şöbəsində azərbaycanlı fəal Səid …