Cümə , Dekabr 27 2024
azfa

Savalan dağında; “Gəlin gedək ağlayaq-Urmu gölün dolduraq”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı milli-mədəni fəal Urmiya gölünün qurudulmasna etiraz olaraq Savalan dağında üzərində “Gəlin gedək ağlayaq-Urmu gölün dolduraq” yazımış banner açılıb.

Azərbaycanlı fəallar iyulun 9-da Urmiya gölünün qurumasına diqqət çəkmək və ekoloji fəlakətin qarşısının alınması istəyi ilə Savalan dağında belə aksiya keçiriblər.

Onlar, Savalan zirvəsində Urmiya gölünün acınacaqlı durumunu əks etdirən, ekoloj fəlakətlə bağlı türkcə şüarlar yazılan baner qaldırıblar.

Qeyd edək ki, Təbriz, Urmiya, Ərdəbil, Sulduz, Qoşaçay, Xoy və s. şəhərlərin davamında şüarlar yazılandan sonra yenidən Urmiya şəhərində azərbaycanlı milli-mədəni fəallar İran rejiminə gölün qurudulması ilə bağlı etirazlarını bildiriblər. Azərbaycanlı milli-mədəni və ekologiya fəalları Tehran hökumətinə bununla bağlı xəbərdarlıq da ediblər.

İran rejimi Urmiya gölünə axıan çayların qarşısını kəsməklə gölü qurudub və azərbaycanlı faəlların etirazından sonra isə gölün bərpasına söz versə də, sözünü tutmayıb. Əksinə rejim körfəzdən farsların yaşadığı səhralıqlara milyardlar xərcləməklə su çəkir.

Həmçinin yoxlayın

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …