GADTB: Oktyabirn 5-i Avstralia Yeni Güney Uelz (NSW) əyaletinin Bələdiyyə seçkilərində qalib gələn soydaşımız sayın Ənvər Yaşar bəylə görüş keçirilib. Bələdiyyənin baş ofisində keçirilən toplantımızda Ənvər bəyə Avstraliya-Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Türk birliyinin təbrikini yetirdik. Həmçinin bələdiyyəyə əsas istəyimizi çatdırdıq. Bələdiyyəyə iki təklif sunduq:
1) Azərbaycanlılara daimi toplanti yeri və Avstraliyada Azərbaycan-Türkiyə icmasina aid bir araşdirma mərkəzi təsis edilsin;
2) Kamberland ve Şuşanın qardaş şəhərlər elan olunmasına dəstək vermələrini xahiş etdik.
Bu toplantıda Musiad, ATAA , Galipoli, RSL Auburn şöbəsi, Muarif məktəbi, Ələvi Kültür Assosiasiyası, DR. Zeyneb, Kuzey Kıbrıs Türk Assosiasiyası, Avstraliya Assosiasiyası , Güney Azərbaycan Demokratik Türk Birliyi iştirak etdilər.