Şənbə , Oktyabr 17 2026
azfa

“Axios”: ABŞ İrana bildirib ki, hücum etsə, daha İsrailin qarşısını ala bilməyəcəyik

ABŞ Prezidenti Co Bayden administrasiyası İranı İsrailə qarşı növbəti hücuma qarşı xəbərdar edib. Bu barədə “Axios” ABŞ rəsmisinə istinadən yazıb.

Bildirilib ki, xəbərdarlıq mesajı Vaşinqtondan Tehrana İsveçrə vasitəsilə ötürülüb.

“İran İsrailə cavab verərsə, yəhudi dövlətini cilovlaya bilməyəcəyik”, – xəbərdarlıqda bildirilib.

Qeyd olunur ki, zərbələr İraq ərazisindən endirilsə belə, İsrail cavab hücumu həyata keçirə bilər.

“Hər şey hücumun nə qədər kütləvi olmasından və onun nəticələrindən asılı olacaq”, – İsrail rəsmilərindən biri nəşrə deyib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …