
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Çanaqqala şəhidlərinin nəvələri Sidneydə təşkil olunacaq mərasimə qatılmaq üçün Avstraliyaya gediblər.
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl Oyta da Çanaqqala şəhidlərinin xairəsinə ehtiram olaraq Azərbaycan və Türkiyə bayraqları ilə qarşılama mərasiminə qatılıb.
Qeyd edək ki, Türkiyədən gələn Çanaqqala şəhidlərinin nəvələri Sidneyə orada 25 apreldə keçiriləcək ANZAC mərasiminə qatılacaqlar.