GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin baş konsulluğunda qazi Mustafa Kamal Atatürkün anım günü mərasimi keçirilib.
Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta da mərasimə qatılıb.
Mərasimə Yeni Güney Uelz (NSW) əyalətinin Multikultural təmsilçisi və s. qonaqlar da qatılmışlar.
Qeyd edək ki, bu gün qardaş Türkiyə Respublikasının banisi, Türk millətinin dahi oğlu, vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandırmış qazi Mustafa Kamal Atatürkün vəfat etməsindən 86 il ötür.