Çərşənbə axşamı , Oktyabr 8 2024
azfa

Sayın Sara Azərsunun Avstraliyanın SBS kanalında ermənilərin türklərə qarşı təxribatına etiraz məktubu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Maliyyə və Qadınlar üzrə Departamentin sədri sayın Sara Azərsun Avstraliyanın SBS İctimai televiziya və radio yayımı qurumuna, bu kanalda yayımlanan şouda törədilmiş erməni lobbisinin təxribatına cavab olaraq etiraz məktubu göndərmişdir.

Etiraz məktubunda deyilir:

Avstraliya Azərbaycan-Türk birliyinin üzvü olaraq SBS kanalında nümayiş olunan “Pasport tələb olunmur-S2 E2” adlı şouda ermənilərin Osmanlı İmperiyasına qarşı olan yersiz iddialarının əks olunması məni məyus etmişdir.  SBS kanalı Avstraliyanın İctimai televiziya və radio yayımı qurumudur və bu səbəbdən Avstraliya cəmiyyətində yanlış fikir formalaşdırmamalıdır. Həmçinin bu kimi yayımlarla səbəbsiz yerə 150000 minlik Türk icmasını rahatsız etməməlidir.

1915-ci ildə baş verən hadisələr beynəlxalq tarixi müzakirə mövzusudur və siyasi lobbiçilik deyil, fakt və sübutlara əsaslanaraq qiymətləndirilməlidir. Bu gün, günahlandıran tərəfin özlərini təqdim etmək imkanından məhrum edilərkən ittihamçının kifayət qədər dəlil təqdim edə bilmədiyi bir tarixi mübahisəmiz var. Uğurlu bir kampaniya, hadisələrin erməni versiyasını avtomatik qəbul etməyən, ictimaiyyətə “inkarçı” etiketli və cavab axtarmaqdan və bir tərəfli mübahisəyə çevrilməkdən çəkinən bir həqiqət formalaşdırdı. Son illərdə Avropa İnsan Hüquqları Məhkəməsində, erməni işini təmsil edən yüksək səviyyəli hüquq məsləhətçisi ilə bir sınaq işi dinlənildi. Onların məhkəmə işi uğursuz oldu.

2008-ci ildə Türkiyə hökuməti təklif etdi ki, dünyanın müxtəlif ölkələrindən olan tarixçilər, cəlb edilmiş bütün ölkələrin arxivlərindəki ilkin dəlilləri qiymətləndirsinlər və yalnız bundan sonra dəlillərə əsaslanaraq məsələnin yekun müəyyənləşdirilməsini təklif etsinlər. Ermənistan bu işdə iştirak etmək və töhfə verməkdən imtina edib. Niyə? 1960-1980-ci illər arasında dəlil təqdim etmək və qərəzsiz tarixçilərə dəlil və sübutlara əsaslanaraq nəticə çıxarmaq imkanı vermək əvəzinə, erməni diasporu terrorla məşğul olmağa, Sidneydə, Melburnda, Parisdə, Belçkada, Los-Ancelesdə yüzlərlə mülki şəxs və diplomatı qətlə yetirməkdə qərar verdi. New York, Cenevrə, Ottava, Vyana, Sürix, Roma, Madrid, Haaqa və s. kimi yerlərdə belə terrorlar törədildi. SBS nə zamansa erməni terrorizmini etiraf edib və qınadımı?

SBS bu qərarsız tarixi mübahisənin hər iki tərəfini nümayiş etdirmək üçün efir vaxtı ayırmadığı təqdirdə, bu cür yayımlar etməsi hiyləgər və yersiz hərəkətdir.

Həmçinin yoxlayın

Dünən Təbrizdə Traxturun yarışında azərbaycanlı tərəfdarlar həbs edilbilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dünən Təbrizdə Traxturun yarışında azərbaycanlı …

Ermənistanın Araz çayını çirkləndirdiyinə görə, Güney Azərbaycanda xərçəngə yoluxma halları artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Araz çayını çirkləndirdiyinə görə, Güney Azərbaycanda xərçəngə …

Bir cavab yazın