GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İnsan və Qadın Hüquqları Departamentinin sədri sayın Sara xanım Azərsunun İranın azərbaycanlı fəalları ədalətsiz və qapalı mühakimə etməsi barədə Avstraliya xarici işlər nazirliyi və s. orqanlarına ünvanladığı müraciətə cavab gəlib.
Sayın Sara xanımın müraciətinə Avstraliya Xarici İşlər üzrə Kölgə Köməkçi Naziri, Tasmaniya üzrə Liberal Senator Claire Chandler cavab göndərib. Cavab məktubunda yazılıb:
Əziz Sara,
Mənə Emailinizde bu vacib məsələni qaldırdığınız üçün təşəkkür edirəm.
İranda bir çox etnik və mədəni azlıqların vəziyyəti ilə bağlı çox narahatam. Keçən il sədrliyini etdiyim İranda zorakılığın insan hüquqlarına təsirləri ilə bağlı Senat Araşdırmasında, bir çox qruplardan İslam Respublikası rejimi tərəfindən xüsusilə qadınlar və qızlara qarşı tətbiq edilən zorakılıqla bağlı sübutlar dinlədik.
Bu sübutlar və İİR rejiminin uzun müddət ərzindəki dəhşətli davranışı nəticəsində, Komitəmiz Avstraliya Hökuməti tərəfindən rejimin məsuliyyətə cəlb olunması və insan hüquqlarının müdafiəsi üçün 12 tövsiyə təqdim etdi. Təəssüf ki, Hökumət bu tövsiyələrin yalnız kiçik bir hissəsini qəbul etdi. Lakin, hökumətin daha güclü tədbirlər görməsi üçün güclü şəkildə təbliğ etməyə davam etmişəm və bunu etməyə davam edəcəyəm.
E-poçtunuz üçün bir daha təşəkkür edirəm.
Hörmətlə,
Senator Claire Chandler
Xarici İşlər üzrə Kölgə Köməkçi Naziri
Tasmaniya üzrə Liberal Senator