Cümə , İyul 17 2026
azfa

SEPAH bioloji və kimyəvi başlıqlar üzərində işləyir

GADTB: SEPAH-ın Aerokosmik Qüvvələri uzun mənzilli ballistik raketlər üçün bioloji və kimyəvi t ərkibli qeyri-ənənəvi döyüş başlıqları üzərində işləyir.

Məlumatlı hərbi mənbələrin bildirdiyinə görə, bu fəaliyyətlə paralel olaraq ballistik raket başlıqlarının bir hissəsi İranın şərq bölgələrinə köçürülüb. Mənbələr qeyd ediblər ki, sözügedən proseslər son aylarda intensivləşib.

Anonimlik şərti ilə danışan mənbələr bu addımların bölgədə gərginliyin artması, eləcə də Tehranın İsrail və ABŞ ilə mümkün birbaşa qarşıdurma ehtimalı ilə bağlı narahatlıqları fonunda atıldığını bildiriblər.

Bildirilib ki, İran hakimiyyəti mümkün hücumları ölkənin mövcudluğuna təhdid kimi qiymətləndirir və münaqişə halında qarşı tərəf üçün xərcləri artırmağa çalışır. Eyni zamanda, bəzi dairələrdə “fövqəladə hallarda qeyri-ənənəvi silahların” istifadəsinin əsaslandırıldığı açıqlanıb./ Azad İran

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

İranda dolların məzənnəsi 191 min tümənə yüksəlib

GADTB: İran ilə ABŞ arasında Yaxın Şərqdə davam edən yeni hərbi qarşıdurma fonunda, cümə günü, …