Cümə , Sentyabr 18 2026
azfa

Molla rejimi Azərbaycana dəxli olmayan İbrahim Rəisiyə Ərdəbildə heykəl qoyur

GADTB: İrqçi fars-molla rejimi Ərdəbil şəhərində helikopter qəzasında həlak olan İranın keçmiş prezidenti İbrahim Rəisiyə heykəl qoyur.

“Bu, son vaxtlar Ərdəbildə ucaldılan Sədi Şirazi heykəlindən sonra ikinci belə haldır. Ərdəbillilər şəhərlərində Azərbaycan şəxsiyyətlərinin heykəllərinin ucaldılmasını gözləsələr də, hələ də bu reallaşmayıb”,- paylaşımlarda narazılıq ifadə olunub.

“Belə bir yanaşma Azərbaycan türklərinə və bu bölgənin, xüsusən də Ərdəbilin tarixi və mədəni şəxsiyyətlərinə qarşı etinasızlığın nümunəsidir. Azərbaycan və Ərdəbil əyalətinin ədəbiyyat, incəsənət və tarix sahələrində əməyi olan şəxsiyyətlərinin xatirələrinin əbdiləşdirilməsi və heykəllərinin ucaldılması gözlənildiyi halda, əks hərəkətlər bölgədə narahatlıq və incikliyin artmasına səbəb olur”,- Abbas Lianinin adına fəaliyyət göstərən kanalda yazılıb.

Bundan əvvəl də, farsdilli şair Sədi Şirazinin Ərdəbl şəhərində heykəlinin ucaldılması oxşar narazılıqların yaranmasına, Azərbaycan şəxsiyyətlərinə laqeyd yanaşılması barədə fikirlərin güclənməsinə səbəb olmuşdur.

Qeyd edək ki, İranın keçmiş Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 2024-cü il mayın 19-da Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …