Sepah-ın himayəsi ilə kürd narkobaron Qərbi Azərbaycanda at oynadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran və Türkiyədə narkotik maddələrin qaçaqmalçılığı, silahlı dəstə yaratmaq, adam oğurluğu və başqa ağır cinayətlərdə ittiham edilən kürdəsilli Naci Şərifi Zindəşti Qərbi Azərbaycan  əyalətində irqçi fars-molla rejimin himayəsi ilə yenidən at oynadır.

Sosial mediada yayılan məlumat və videolara görə, o, başçılıq etdiyi “xeyriyyə” təşkilatının təşkil etdiyi mərasimdə xeyriyyəçi rolunda iştirak edib. Zindəştinin başçılıq etdiyi qrupda ötən əsrin əvvəllərində Qərbi Azərbaycanda azərbaycanlılara qarşı soyqırım törədən İsmayıl Simitqonun nəvələri təmsil olunurlar.

Zindəşti və onun başçılıq etdiyi qrup üzvləri əyalət rəsmiləri ilə sıx əlaqəli fəaliyyət göstərir, Qərbi Azərbaycanda keçirilən parlament, bələdiyyə və şəhər şurası seçkilərində bölgəyə sonradan gələn kürdəsilli mühacirlərin seçilməsi üçün geniş kampaniya aparır, maliyyə dəstəyi verir.

2018-ci ildə isə İstanbul Prokurorluğu bu şəxsə qarşı silahlı cinayətkar birlik yaratma, narkotiklərin qanunsuz dövriyyəsi, adam oğurluğu və qəsdən adam öldürmə ittihamları irəli sürüb. Lakin o, bundan bir müddət sonra hansısa gizli əllərin yardımı və ehtimal edilən anlaşmalar nəticəsində yenidən İranda peyda olub. 

Həmçinin yoxlayın

İran Qrossinin danışıqlarda iştirakına qarşı çıxıb

GADTB: Tasnim News agentliyi xəbər verir ki, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru …

Sayın Mikayil bəy Oyta Şuşa Bəyannaməsinin regionun yeni təhlükəsizlik arxitekturasındakı rolu barədə keçirilən konfransa qatılıb

GADTB: “Şuşa Bəyannaməsi – 5 il: Regionun yeni təhlükəsizlik arxitekturası” mövzusunda onlayn tədbir təşkil olunub. …