Bazar ertəsi , Avqust 17 2026
azfa

Sepah terror təşkilatı Hörmüz boğazında iki tankerə hücum etdi

GADTB: Britaniyanın Dəniz Ticarət Əməliyyatları Ofisi (UKMTO) Hörmüz boğazında iki tankerə silahlı hücum edildiyini açıqlayıb. Məlumata görə, insident Omanın təxminən 20 mil şimal-şərqində baş verib.

Həmin məlumatda bildirilir ki, SEPAH-a məxsus iki sürətli qayıq tankerlərə yaxınlaşaraq atəş açıb. Hücum zamanı tanker və heyət təhlükəsiz qalıb, hadisə ilə bağlı araşdırma başlanıb.

“Tanker Trackers” platforması isə bildirib ki, bu insidentdən sonra Hörmüz boğazında iki Hindistan gəmisi istiqamətini dəyişərək qərb istiqamətinə dönməyə məcbur olub. Qeyd olunur ki, gəmilərdən biri Hindistan bayrağı altında üzən və təxminən 2 milyon barel İraq nefti daşıyan çox böyük tanker olub.

Eyni zamanda Reuters agentliyi üç dəniz təhlükəsizliyi və gəmiçilik mənbəyinə istinadən yazıb ki, Hörmüz boğazından keçməyə çalışan ən azı iki ticarət gəmisi atəşə tutulub.

Həmçinin yoxlayın

Trampın molla rejiminə qarşı iqtisadi təzyiq planları açıqlanıb

GADTB: ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi təzyiqi daha da artırmaq niyyətindədir. Reuters xəbər …

İranda milyardlarla dollarlıq neft qalmaqalında məmur övladlarının adı hallanır

GADTB: İranda təxminən 11 milyard dollarlıq neft gəlirinin mənimsənilməsi ilə bağlı genişmiqyaslı korrupsiya gündəmə gəlib. …