Şənbə , Fevral 15 2025
azfa

Sepahın həbs etdiyi məlikanlı süpürgəçi Babək Ağazadədən heç bir xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sepahıb həbs etdiyi Güney Azərbaycanın Məlikan şəhərindən olan bələdiyyə işçisi Babək Ağazadədən heç bir xəbər yoxdur.

Süpürgəçi kimi çalışan Babək Ağazadə 2019-cu ilin dekabr ayının 16-da Məlikan bulvarında təmizlik işi apararkən şəhərin polis bölməsi qarşısında Sepah terror təşkilatının Kəşfiyyat İdarəsi məmurları tərəfindən yaxalanmışdır.

Azərbaycanlı işçinin həbsindən 1 aydan çox vaxt keçməsinə rəğmən, hələ də onun nə səbəbə görə tutulduğu barədə məlumat verilməyib.

Babək Ağazadəni dekabrın 17-də bir neçə saatlıq Marağa həbsxanasına gətirib, orada şəxsi məlumatlarını electron portala daxil etdikdən sonra naməlum istiqamətdə aparmışdılar.

Yaxalandığı gündən onun haqqında heç bir məlumat əldə edə bilməyən azərbaycanlı süpürgəçinin ailəsi dəfələrlə Sepahın Kəşfiyyat İdarəsinə müraciət etsələr də, heç bir məlumat ala bilməyiblər.

Son günlərdə isə azərbaycanlı işçinin işgəncə altında ölməsi xəbəri yayılıb.  Bu xəbərdən sonra rejimin təhlükəsizlik qüvvələri süpürgəçinin atasından yalan etiraf videosu çəkib yayıblar.

Videoda narahat vəziyyətdə görünən ata təzyiq altında oğlunun öldürülməsini təkzib edib. O, həmçinin azərbaycanlı milli-mədəni fəallar əleyhinə fikirlər səsləndirir.

Babək Ağazadə 2019-cu ilin may ayında “bizim şəhərimiz, bizim evimiz” adlı Telegram kanalı açmışdı və qısa müddət ərzində onun üzvlərinin sayı 3 mini keçmişdi. O, bu kanalda ətraf mühit, təbiət, tibb və sağlam qidalanma ilə bağlı məlumat və linklər paylaşırdı.

Həmçinin yoxlayın

Əَhvazda “90 Urmiya” futbol komandasının ouinçularına hücum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Xuzistan əyalətinin Əhvaz şəhərində keçirilən yarışda Güney …

Human Rights Watch: “İran azərbaycanlıı fəallara qarşı ittihamları ləğv etməli və onları sərbəst buraxmalıdır”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Human Rights Watch” Təşkilatı dünən İran hökumətini həbs …

Bir cavab yazın