Şimali Azərbaycan peyk xidmətlərinin ixracını artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Azərkosmos” ASC-nin peyk xidmətlərinin ixracının həcmi 2018-ci ilin noyabrında 1,6 milyon dollar təşkil edib.

Bu barədə Şimali Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxracat icmalı”nda deyilir.

Mərkəzin məlumatına əsasən, ASC-nin xidmətlərinin ixracından əldə etdiyi gəlir operatorun gəlirlərinin ümumi həcminin 88 faizini təşkil edib.

2018-ci ilin yanvar-noyabr aylarında peyk və telekommunikasiya xidmətlərinin ixracından Açıq Səhmdar Cəmiyyətinin gəlirlərinin ümumi həcmi 24 milyon dollar təşkil edib.

ASC-nin xidmətləri 24 ölkəyə göstərilib. Operatorun xidmətlərinin ixracının əsas payı Fransa (10,9 milyon dollar), Malayziya (8,4 milyon dollar), BƏƏ (1,4 milyon dollar), Almaniya (825 min dollar) və Gürcüstan (531 min dollar) kimi ölkələrə düşüb.

 

Həmçinin yoxlayın

Prezident İlham Əliyev İranın Naxçıvana hücumi ilə bağlı təcili iclas keçirdi

GADTB: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı …

İran Xarici İşlər Nazirliyi Azərbaycanı dost ölkə adlandırır Sepah hədələyir

GADTB: İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət …

Bir cavab yazın