Şimali QıbrısTürk Cümhuriyyətinin 34 illiyi Bakıda da qeyd olundu

GADTB-nin Mətbuat Mərkəzinin “Müsavat” saytına istinadən verdiyi xəbərə görə, noyabrın 15-də Bakıda “Boulevard Hotel”də Şimali Qıbrıs Türk Cümhuriyyətinin yaranmasının 34 illiyinə həsr edilmiş tədbir keçirilib. Təntənəli mərasimdə millət vəkilləri, diplomatlar, ziyalılar, media mənsubları, Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbərliyi və digər çoxsaylı qonaqlar iştirak edib. Əvvəlcə Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevan Azərbaycanın Dövlət Himnini və Türkiyənin İstiqlal Marşını oxuyub.    

Daha sonra çıxış edən Şimali Qıbrıs Bakı təmsilçisi Ufuk Turganer iştirakçıları salamlayıb, Şimali Qıbrısın yaranma tarixindən bəhs edib, böyük Mustafa Kamal Atatürkü, həmçinin Fazıl Küçük, Rauf Denktaş kimi Şimali Qıbrıs Türk Cümhuriyyətinin tarixində xüsusi yeri olan şəxsiyyətlərin, Türk dünyasının şəhidlərini, Türkiyənin 15 iyul şəhidlərini böyük sayğı ilə anıb: “Şimali QıbrısTürk Cümhuriyyəti 1983-cü ildə Qıbrıs adasının türk icmasının məskunlaşdığı şimal hissəsində yaradılan və beynəlxalq aləmdə Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmayan dövlətdir. Bu dövlət 1974-cü ildə yunan millətçilərinin qətliamından sonra Türkiyə tərəfindən adadakı türk icmasının təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilən hərbi müdaxilə nəticəsində türk ordusunun nəzarətinə keçən torpaqlarda yaradılıb”.

Ufuq Turgener qeyd edib ki, Türk əsgərinin adada varlığı Qıbrıs xalqının təhlükəsizliyinin və bölgədə sülhün qarantıdır: “Cümhuriyyətimiz 15 noyabrda Lefkoşada doğulub və müstəqil yaşamaq əzmindədir, bu yolda kimsəyə boyun əyməyəcək. Kiprli türklər olaraq, biz “Yurdda barış, dünyada barış” deyən ulu öndər Atatürkün göstərdiyi yolla yürüdük, bundan sonra da yürüməkdə davam edəcəyik”.

Xanım diplomat bildirib ki, təzyiqlərə məruz qaldığı zaman Türkiyə Cümhuriyyətindən hər cür dəstək alıb.

Ufuk Turganer vurğulayıb ki, bu gün həm də Şimali Qıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçiliyinin yaranmasından 20 il ötür: “Şimali Qıbrıs Türk Cümhuriyyətinin Bakı nümayəndəliyi 1997-ci ildə açılıb və o vaxtdan fəaliyyətimiz davam edir. Azərbaycandakı qardaşlarımızla əlaqələrin hər keçən gün daha da genişlənməsini arzu edirik”.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …