Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Sistan-Bəlucistan vilayətində müxalif bəluclarla qarşıdurmada ölən və yaralananlar var

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin qüvvələri ilə Sistan-Bəlucistandan olan müxaliflər arasında Pakistan sərhədinə yaxın Mircavə şəhərinin Rig Mələk sərhəd bölgəsinə baş vermiş silahlı qarşıdurmada irqçi fars rejimin 4 sərhədçisi həlak olub, 3 nəfəri isə yaralanıb.

Məlumata görə, aprel ayının 17-də gecə saat 1-də başlayan qarşıdurma saat 3-dək davam edib. Rejimin sərhədçiləri bölgədə reyd keçirərkən gecə qaranlığında Pakistan ərazisində gizlənmiş müxalif yerli bəlucların hücumuna məruz qalıblar. Nəticədə iki saat davam edən atışmada 4 sərhədçi (Əbülfəz Qulampur, Vəhid Hüseynzadə, Zəkəriya Nuti Zehi və Mahmud Rəcəb Niya) güllə yarası alaraq yerindəcə həlak olub, 3 sərhədçi (Əli Rzayi, Mahmud Cəlili və Məhəmməd Osman Vəhidifər) isə ağır yaralanıb.

Atışma zamanı 2 hücumçunun öldüyü, 3 nəfərin isə yaralandığı bildirilib.

 

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın