Cümə , Aprel 19 2024
azfa

Siyamək Mirzayiyə qarşı irəli sürülən son saxta ittihamı rədd edib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Tehran Əyaləti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi 18 aydır məhbus həyatı yaşayan azərbaycanlı siyasi məhbus Siyamək Mirzayiyə qarşı irəli sürülən saxta ittihamı rədd edib.

Məlumata görə, Tehran Əyaləti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən qondarma “milli təhlükəsizliyinə qarşı qanunsuz qrup yaratmaq” ittihamı ilə 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edilən fəal hazırda Evin zindanının 8-ci bölməsində saxlanılır. O həbsdə olduğu zaman “ümumi asayişi pozmaq və Xamneyini təhqir etmək” kimi daha bir qondarma ittihamla qarşı-qarşıya qalıb. Sonda isə yanvarın 16-da Tehranın 33 nömrəli Məntəqəsi şəhid Müqəddəs Məhkəməsinin 4-cü Şöbəsi irəli sürülən ittihamı ilkin araşdırma mərhələsində rədd edərək dosyenin bağlandığına dair qərar qəbul edib.

Qeyd edək ki, Siyamək Mirzayi 2016-cı il iyul ayının 14-ü axşam saatlarında Parsabad şəhərində yaxalanıb. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə, daha sonra isə Tehranın Evin zindanına köçürülüb. Azərbaycanlı milli-mədəni fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı qəsd və qanunsuz qurup yaratmaq ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib. Lakin Apellyasiya məhkəməsi fəalın dosyesinə yenidən baxmış və onuun həbsini 3 ilə yendirmiş, həmçinin siyasi məhbusa 1 il Təbəs şəhərinə sürgün qərarı çıxarılmışdır.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın