Stiven Mnuçin: İrandan neft idxal edən ölkələrə güzəştlər asan olmayacaq

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib ki, İrandan neft idxal edən ölkələrə güzəştlər asan olmayacaq.

O bildirib ki, İrandan neft idxal edən ölkələrin ABŞ-ın bu ölkəyə qarşı sanksiyalarından azad olmaları Obama administrasiyası dövründəkindən daha çətin olacaq.

İrana qarşı tətbiq olunacaq sanksiyalardan ötəri neftin qiymətinin artacağı ilə əlaqədar narahatlıqların əsassız olduğunu deyən S.Mnuçin qeyd edib: “Bazar İranın neft ixracındakı azalmanı hazırkı qiymətə əks etdirir. Neftin qiyməti artmaqdadır. Fikrimcə, neft bazarı İranın tədarükündəki azalmanı nəzərə alır”.

Nazir noyabrda İranın neft ixracının tamamilə dayanacağını gözləmədiklərini, lakin gec-tez ixracın sıfıra enəcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Saman Bidar girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Azərbaucanlı milli fəal Təbriz zindanından girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Bir cavab yazın