GADTB: Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq beş gündür davam edir.
Dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.
Aksiya iştirakçıları mədənlərin qanunsuz istismarı, ekoloji terror və vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər.
Onlar həmçinin Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki avtomobillərin, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını hər dəfə çağırışlarında bəyan edirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.