Bazar , Noyabr 29 2026
azfa

Şuşa yolunda azərbaycanlıların aksiyası gecə boyu davam edib- Video

Laçın dəhlizində keçirilən aksiya davam edib. Aecə saatlarında izdiham daha da böyüyüb. Yaxın rayonlarda olan, çalışan həmvətənlərimiz aksiyaya qoşulublar.

Aksiyaçılar “Canım qurban, Azərbaycan” mahnısının sədaları altında sülhməramlılarla qarşı-qarşıya dayanaraq öz tələblərini irəli sürürlər.

Şuşa-Xankəndi yolunda aksiya keçirənlər üçün yeni çadırlar qurulur.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bu axşam orada gecələməyə qərar veriblər.

Rusiya sülhməramlıları əraziyə əlavə maneələr gətirib. Bu barədə İTV məlumat yayıb.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bu axşam orada gecələməyə qərar veriblər.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …