Çərşənbə axşamı , Yanvar 7 2025
azfa

Swift irqçi fars rejimin Mərkəzi Bankına xidmətini dayandırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Swift irqçi fars rejimin Mərkəzi Bankına xidmətini dayandırır.

Bu barədə ABŞ maliyyə naziri Stiven Mnuçin noyabrın 8-də “Twitter” səhifəsində məlumat paylaşıb. O “Swift”in İran Mərkəzi Bankına və Amerikanın sanksiya tətbiq etdiyi İranın digər maliyyə müəssisələrinə xidməti dayandırmasını açıqlayıb.

Stiven Mnuçin deyib: “Bilirəm ki, “Swift”, İran Mərkəzi Bankına və bu ölkənin barəsində sanksiya qoyyulmuş digər maliyyə qurumlarına xidmətini dayandıracaq. “Swift”, beynəlxalq maliyyə sisteminin bütövlüyünü qorumaq məqsədilə düzgün bir qərar verməkdədir”.

Qeyd edək ki, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti olan “Swift” 2018-ci il noyabrın 5-də bəyanat yayaraq, bir çox İran banklarına göstərdiyi xidməti dayandırdığını bildirmişdi.

 

Həmçinin yoxlayın

Hakan Fidan: PKK/YPG Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır

GADTB: PKK/YPG terror qruplaşması Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır. Bunu Türkiyənin xarici işlər …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəalı Ovçu Məhəmmədian məzuniyyətdən məhrum edilib

GADTB: irqçi fars-molla rejimin Kərəcdəki Keçui həbsxanasında 6 aylıq həbs cəzası üçün həbsə saldığı Güney …

Bir cavab yazın