Bazar ertəsi , Fevral 9 2026
azfa

Təbriz derbisində milli şüarlar səsləndi, xanımların stadiona giriş qadağası pisləndi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2018-ci il avqust ayının 30-Təbriz derbisində Tiraxurla Maşınsazi oyununda Təbrizin Səhənd stadionunda milli şüarlar səslənib, xanımların stadiona giriş qadağası pislənib.

Stasionda müxtəlif dəqiqələrdə milli şüarlar səsləndirilib. 15-ci dəqiqədə isə səsləndirilən “Türk dilində mədrəsə – Olmalıdır hər kəsə” şüarı səsləndirilib.

Stadiona gələn azərbaycanlılar xanımların stadiona girişinin qadağan edilməsini də pisləyiblər. Onlar əllərində yazılı kağızlar tutaraq qadınların stadiona girişini qadağan edən qanunun ləğv edilməsini də tələb ediblər. Onlar “Stadiona gəlmək qadınların haqqıdır”, “Qadınlara azadlıq” və “Oğlanlar=Qızlar” sözləri ilə etirazlarını bildiriblər.

 

Həmçinin yoxlayın

Etirazların yatırılması zamanı azı 200 şagirdi öldürülüb

GADTB: İran Müəllimlərin Peşəkar Birlikləri Koordinasiya Şurası yaydığı bəyanatda İran üzrə kütləvi etirazların qanlı şəkildə …

SEPAH-a bağlı müəllim Azərbaycan Ordusunun Güney Azərbaycana hücum edəcəyini iddia edir

GADTB: SEPAH-la bağlı universitet müəllimi bu dəfə Güney Azərbaycanı hədəf aldı və etirazlar davam edərsə, …

Bir cavab yazın