Şənbə , İyul 27 2024
azfa

Təbriz səmasında “Traxtur” bayrağı dalğalandı – Video

Şərqi Azərbaycanın iki yamac paraşütçüsü – Haşım Rəşidi və Rəsul Purabbas Güney Azərbaycanın məşhur futbol komandası “Traxtur”un bayrağını göyə qaldırıblar.

Bu barədə yerli sosial media kanallarında paylaşım edilib.

Yamac paraşütçüləri Təbrizin şimal-şərqində, Şibili bölgəsində yerləşən Təkaltı dağı üzərindən başlatdıqları uçuş “Traxtur” fan klubu tərəfindən qeydə alınıb.

“Traxtur”çular bunun son vaxtlar İran Futbol Federasiyasının Təbriz klubuna qarşı təzyiqləri və cəza tədbirlərinə cavab, həmçinin, komandaya mənəvi dəstək məqsədilə həyata keçirildiyini bildiriblər.

https://www.youtube.com/shorts/ew0mvx2RVP4

Həmçinin yoxlayın

Arazdəyənin üzərində Azərbaycan Bayrağı dalğalanır

GADTB: Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bu barədə məlumat və fotonu erməni vəkil …

“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk

GADTB: İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı …