Şənbə , Dekabr 10 2022
azfa

Təbriz və Sofian şəhərlərində azərbaycanlı siyasi məhbuslara dəstək aksiyası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz və Sofian şəhərlərində azərbaycanlı siyasi məhbuslara, xüsusilə zindanda aclıq aksiyasında sağlıq durumu pisləşən Yusif Kariyə dəstək məqsədilə divarlara şüarlar yazılıb.

Azərbaycanlı milli-mədəni fəallar geniş şəkildə Təbriz və Sofian şəhərlərinin divarlarına şüarlar yazmaqla azərbaycanlı siyasi məhbuslara azadlıq tələb edib, eləcə də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı çox saylı şüarlar yazıblar.

Azərbaycanlı fəallar rejimin zindanlarında aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbuslarla bağlı həmçinin çoxsaylı vərəqələr hazırlayaraq paylamışlar.

Qeyd edək ki, irqçi fars rejimin Ərdəbildəki zindanında təzyiq və təhqirlərə görə aclıq aksiyası keçirib, zindanın klinikasına köçürülən azərbaycanlı siyasi məhbus Yusif Kariyə dəstək məqsədilə çox sayda azərbaycanlı siyasi məhbus aclıq aksiyasına qoşulub.

Ərdəbil zindanında azərbaycanlı siyasi məhbus Abbas Lisaninin aclıq aksiyasına qoşulandan sonra Ərdəbil zindanında Vasiqi qardaşları da dəstək məqsədilə aclıq aksiyasına qoşulurlar.

Eyni zamanda Tehranın Evin zindanında həbsdə olan azərbaycanlı siyasi məhbus Siyamək Mirzai aclıq aksiyasına qoşulub. Onun ardınca isə Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbuslar Behnam Şeyxi, Tohid Əmirəmini və Kiyanuş Aslani bu gün səhər saatlarında ailələri ilə ayrı ayrılıqda telefon danışıqlarında yanvarın 21-dən Yusif Kariyə dəstək məqsədilə aclıq aksiyasına başlayacaqlarını bildiriblər.

Həmçinin yoxlayın

Günahsız etirazçı gəncin edamına görə İran səfiri Almaniya XİN-ə çağırıldı

GADTB: İranın Almaniyadakı səfiri həbsdə olan etirazçının edam edilməsi ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinə …

Molla rejimi etirazlar zamanı qadınların üz, sinə və cinsiyyət orqanlarına atəş açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “The Guardian” molla rejimin etirazlar zamanı qadınların üz, …