Cümə axşamı , Noyabr 19 2026
azfa

Təbrizdə qədim türk əlifbasının təlim kursu işə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində türklərin 2500 ildən çox yaşı olan qədim əlifbası olan orxun yenisey əlifbasının kursu işə başlayır.

Sosial şəbəkələrdə yayılan məlumata görə, bu il yanvar ayının 24-də saat 17:00-da Mizan Dil Müəssisəsində mühəndis Mehdipur vasitəsilə türklərin 2500 ildən çox yaşı olan qədim əlifbası – orxun yeniseyin kursunun tədrisi işə başlayacaq.

Qeyd edək ki, türklərin qədim əlifbası olan orxun yenisey əlifbasında tapılmış ən qədim yazı Qazaxıstanda bir türk şahzadəsinin məzarından tapılan qızıl kasanın üzərindəki yazıdır. Həmin yazı 2500 ildən çox yaşa malikdir.

Həmçinin yoxlayın

May Sato: Müharibə dey ayı etirazları zamanı baş verənlərin unudulmasına səbəb olmamalıdır

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi May Sato Fransa parlamentində çıxışı zamanı bildirib: …

Netanyahu: İslam Respublikasının nüvə təhdidi İsrail sərhədlərində dayanmayacaq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Bir cavab yazın