Çərşənbə axşamı , May 5 2026
azfa

Təbrizdə şokolat fabrikinin işçiləri etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə “İran Şokolat” fabrikinin işçiləri hüquqlarının pozulmasına görə etiraz aksiyası keçiriblər.

Dekabrın 22-i günorta saatlarında Təbrizin “Ali Nəsəb” şəhərciyində yerləşən “İran Şokolat” (Çiçək) fabrikinin işçiləri etiraza başlayıblar. İşçiləri narazı salan onların əmək haqqı məsələsi və hüquqlarının pozulmasıdır.

Fabrikin binası qarşısına toplaşan işçilər əmək haqının gecikdirilməsinə və ağır iş şəraitinə etiraz ediblər. Etirazçılar daimi iş təminatlarının olmamasına da etirazlarını bildiriblər.

Həmçinin yoxlayın

Tramp: “İran rəsmiləri qapalı qapılar arxasında başqa cür davranırlar”

GADTB: ABŞ prezidenti Donald Tramp tanınmış siyasi şərhçi Hyu Hevitə müsahibəsində bildirib ki, İran nümayəndələri …

Reuters: İranın nüvə silahı hazırlamaq üçün lazım olan müddət dəyişməyib

GADTB: Reuters agentliyinin yaydığı məlumata görə, ABŞ kəşfiyyat qurumlarının qiymətləndirmələri İranın nüvə silahı hazırlamaq üçün …